Azərbaycan Pasportlar indeksində mövqeyini qoruyub

“Henley & Partners” şirkəti 2022-ci ilin ikinci rübü üzrə
Pasportlar indeksini açıqlayıb.

Trend-in
məlumatına görə, Azərbaycan əvvəlki reytinqdəki mövqeyini dəyişməz
saxlayaraq 75-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən, Azərbaycan pasportu əvvəlki kimi 69 ölkəyə
vizasız səfər etməyə imkan verir.

Pasportlar indeksində birinci yerdə əvvəlki kimi Yaponiya və
Sinqapur qərarlaşıb. Bu ölkələrin pasportu ilə 192 ölkəyə vizasız
səfər etmək olar. İkinci yerdə Almaniya və Cənubi Koreya pasportu
190 ölkəyə vizasız səfər imkanı verir.

Sonuncu pillədə isə 26 ölkə ilə Əfqanıstan pasportu
qərarlaşıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: