Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Fransanın Limoj şəhərində keçirilən Dünya Seriyasında uğurlu çıxış edib.
Milli Paralimpiya Komitəsindən AzerTimes-a verilən məlumata görə, idmançımız 50 metr məsafədə sərbəst üsulda finişə ikinci çataraq gümüş medal qazanıb.