Azərbaycan pandemiyaya qarşı beynəlxalq səylərə qoşulan çox az ölkələrdəndir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan həm ölkə daxilində koronavirus pandemiyasına qarşı uğurlu mübarizə təşkil edir, həm də bu mübarizədə beynəlxalq səylərə qoşulan çox az ölkələrdəndir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin pandemiya ilə mübarizəyə dair dediyi sözlər real həyatda öz əksini tapir: “Cənab Prezident COVİD-19 infeksiyası ilə qlobal şəkildə mübarizənin aparılması üçün səfərbər olmağa çağırışlar edir, vaksin millətçiliyinin yolverilməzliyi və inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmasının vacibliyini beynəlxalq tribunalardan dəfələrlə qeyd edib.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsüylə bəşər tarixində ilk dəfə bu təşkilatın videoformatda xüsusi sessiyası çağırılmış və BMT Baş Assambleyasının 31-ci sesiyasının çağırılmasının təşəbbüskarı olmuşdur.

Azərbaycan iqtisadi imkanları aşağı olan ölkələrə dəstək göstərilməsi üçün ÜST-ə 10 milyon dolların ianə edilməsi, həm də 30-dan çox ölkəyə birbaşa yardımların göstərməsi Azərbaycanın beynəlxalq çağırışlara sadiqliyin göstəricisidir.

Ölkəmizin COVAX platformasının təşəbbüsünün tərəfdaşı kimi Özbəkistana 50 min doz AstraZeneka vaksini yardım edilməsini UNİCEF alqışladığını bildirir. Dünyada koronavirusun yeni mutasiyaların yayılmasının genişləndiyi bir dövürdə pandemiyaya son qoydurmağın yeganə çıxış yolu vaksinləşmədən keçir. Amma dünyada çoxlu ölkələr var ki, müxtəlif səbəblərdən vaksinləri əldə edə bilmir.

Həm də inkişaf etmiş ölkələrdə öz təlabatından dəfələrlə çox vaksin idxal edənlər də vardır. Amma belə ölkələr başa düşməlidirlər ki, biz eyni yer kürəsində yaşayırıq. Birtərəfli pandemiyaya qalib gəlmək qeyri mümkündür. Ona görə də iqtisadi imkanları yaxşı və öz təlabatından artıq vaksin idxal etmiş ölkələr vaksinləşməni apara bilməyən ölkələrə yardım göstərməlidirlər. Azərbaycan isə belə ölkələr üçün nümunədir. Azərbaycanın beynəlxalq təşəbbüsləri ÜST tərəfindən də yüksək dəyərləndirilir. Bu, ölkəmizin beynəlxalq imicini gücləndirir”.

Teqlər: