Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə üçün zəruri vasitələri vaxtlı-vaxtına təmin edə bildi.
AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın sabiq dövlət katibi və baş nazirin birinci müavini Gennadi Burbulis VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qərbi Balkanların qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda doqquzuncu panel iclası zamanı deyib.
O bildirib ki, Azərbaycan rəhbərliyi bu istiqamətdə vacib addımlar atır: “Ümid edirik ki, biz arzuladığımız və ehtiyac duyduğumuz hədəflərə çatacağıq”.
G.Burbulis bildirib ki, bugünkü forum bir sıra ölkələrin tərəfdaşlığının möhkəmlənməsinə xidmət edir: “Mənim üçün Bakı forumunda iştirak etmək fərdi motivasiyadır. Ümumilikdə, biz bütün dünyada əks perspektivləri görürük: özünütəcrid, eqoizm. Bu gün bir çox ölkələr bir-biriləri ilə əməkdaşlıq etmək istəmir”.
O əlavə edib ki, 2020-ci il bütün ölkələrin sistemləri üçün fövqəladə sınaqlar ili oldu: “Biz onlarla amillə üzləşdik, amma bu sınaqlara tam hazır olan bir ölkə də görmədik”.
(Tərcümə: Orxan Nəbiyev)