Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə XİN Tvitter hesabında bildirib.
“Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı xəbəri bizi şoka saldı və kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik”, – paylaşımda qeyd olunub.