Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub.
AzerTimes-ın məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Son dövrdə Qafqazda sabitlik baxımından əhəmiyyətli addımların atıldığını xatırladan T.Ərdoğan bildirib: “Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının illərdir icra edilməyən qətnamələrində yer alan öz ərazisinin işğalına son qoyub. Bu, eyni zamanda bölgədə davamlı sülh üçün yeni imkanlar yaranmasına da imkan verir”.
Türkiyə Prezidenti tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarında olduqlarını vurğulayıb.