Azərbaycan öz ərazilərini azad edir, Ermənistan isə köləlikdən azad olur.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“Bu gün nə baş verir? Azərbaycan nəhayət öz ərazilərini geri alır, Ermənistan bir əsrlik rus əsarətindən azad olur, Ukrayna hərbi və diplomatik cəbhədə yaxşı irəliləyişlər əldə edir. Gürcüstan isə nəinki 2013-cü ildə itirdiyimiz beynəlxalq subyektivliyini, həm də beynəlxalq qurum olmaması nəticəsində dövlət müstəqilliyini itirir. Hərəkət etmək vaxtıdır”, – Saakaşvili bildirib.