Azərbaycan Ordusunun hərbçisi tabel silahından istifadə etməklə intihar edib – MN

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər: