Azərbaycan Ordusunun əsgəri vəfat edib – MN

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də
qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı
xəsarətlərdən vəfat edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar
araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun
ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir
diləyir.

Teqlər: