Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər uğurla başa çatıb.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mayın 20-də komandir və rəis heyətinin iştirakı ilə təlimin yekunu ilə bağlı müşavirə keçirilib. Müşavirədə qoşunların, qərargahların təlimlərdə fəaliyyəti təhlil edilib və qarşıya qoyulan tapşırıqların icrası qiymətləndirilib.