Azərbaycan Ordusu oranı sonuncu tərk etdi – Stoltenberq

Azərbaycan Ordusu oranı sonuncu tərk etdi – Stoltenberq

Alyansın Azərbaycanla uzunmüddətli əlaqələri var, müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.

AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Azərbaycan NATO-nun çoxdankı tərəfdaşıdır, biz uzun illərdir birlikdə işləyirik. Sizin təhlükəsizlik məsələlərinə verdiyiniz töhfə çox önəmlidir. Qeyd etdiyiniz kimi, Azərbaycan Ordusu Əfqanıstanı sonuncu tərk edib. Hava limanını ittifaq qüvvələrinin geri çəkildiyi yerdən qorumaq missiyasını yerinə yetirib və bu, çox vacib bir vəzifə idi”, – o bildirib.

Y.Stoltenberqin sözlərinə görə, bu, onun baş katib kimi Bakıya ilk, Azərbaycana isə ikinci səfəridir.

Teqlər: