Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində paylaşıb.
“Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın!
Yaşasın Azərbaycan!”, – prezident bildirib.