Azərbaycan OPEC+ sazişinin icra olunmasını 114 faiz yerinə yetirib

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin iyulunda Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,61 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici iyun ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, iyul ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 114 faiz yerinə yetirib:

“İyul, avqust və sentyabr ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,62, 0,63 və 0,63 milyon barel/sutka təşkil edir”.


(Tərcümə: Orxan Nəbiyev)

Twitter:@Lyaman_Zeyn

Teqlər: