Azərbaycan OPEC+ sazişini necə icra edir? – Beynəlxalq Agentlikdən qiymətləndirmə

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin aprelində Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici mart ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, aprel ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 101 faiz yerinə yetirib:

“Azərbaycanın bazis tədarük səviyyəsi 0,72 milyon barel/sutkaya bərabərdir. May və iyun ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,6 və 0,61 milyon barel/sutka təşkil edir”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: