Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 321 faiz yerinə yetirib

2022-ci ilin martında Azərbaycanda neft hasilatı kondensat
nəzərə alınmadan 0,58 milyon barel/sutka təşkil edib.

Trend bu barədə
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat
verir.

Bu göstərici fevral ayında 0,57 milyon barel/sutkaya bərabər
idi.

Qeyd olunub ki, fevral ayında Azərbaycan OPEC+ sazişinin icra
olunmasını 321 faiz yerinə yetirib.

2022-ci fevral və mart ayları üzrə hədəf göstərici 0,67 milyon
barel/sutka və 0,68 milyon barel/sutka müəyyən edilib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: