2022-ci ilin fevralında Azərbaycanda neft hasilatı kondensat
nəzərə alınmadan 0,57 milyon barel/sutka təşkil edib.
Trend bu barədə
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat
verir.
Bu göstərici yanvar ayında 0,58 milyon barel/sutkaya bərabər
idi.
Qeyd olunub ki, fevral ayında Azərbaycan OPEC+ sazişinin icra
olunmasını 303 faiz yerinə yetirib: “2022-ci yanvar və fevral
ayları üzrə hədəf göstərici 0,66 milyon barel/sutka və 0,67 milyon
barel/sutka müəyyən edilib”.
Xatırladaq ki, Azərbaycan OPEC+ üzv ölkələrinin aprel ayında
gündəlik neft hasilatının artırılması qərarını dəstəkləyib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)