Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 241 faiz yerinə yetirib

Xəbər - Ləman Zeynalova – Trend:

2022-ci ilin yanvarında Azərbaycanda neft hasilatı kondensat
nəzərə alınmadan 0,58 milyon barel/sutka təşkil edib.

Trend bu barədə
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat
verir.

Bu göstərici ötən ilin dekabr ayında 0,6 milyon barel/sutkaya
bərabər idi.

Qeyd olunub ki, yanvar ayında Azərbaycan OPEC+ sazişinin icra
olunmasını 241 faiz yerinə yetirib: “2021-ci il dekabr və 2022-ci
il yanvar ayları üzrə hədəf göstərici 0,65 milyon barel/sutka və
0,66 milyon barel/sutka müəyyən edilib”.

Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən,
Azərbaycanın fevral ayında neft hasilatının azaldılması üzrə
öhdəliyi 50 min barel, gündəlik hasilat isə sutkada 7 min barel
artırılaraq 675 min barel/sutka təşkil etməlidir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: