Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin sentyabrında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.
Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici avqust ayında 0,6 milyon barel/sutkaya bərabər idi.
Qeyd olunub ki,sentyabr ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 148 faiz yerinə yetirib:
“Sentyabr və oktyabr ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,63 və 0,64 milyon barel/sutka təşkil edir”.
Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən Azərbaycanın noyabr ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 71 min barel təşkil etməli, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 647 min barel/sutka təşkil etməlidir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)