Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan “OPEC plus”un apreldə gündəlik hasilatı 400 min
barrel artırmaqla bağlı qərarını dəstəkləyib
Trend xəbər verir ki,
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv
ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında
volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft
hasilatının apreldə 400 min barrel artırılmasına Azərbaycan da
razılıq verib.
Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının
2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min
barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel
həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul
ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam
neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln.
barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa
çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə
qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin
bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.