Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağın erməni əhalisi ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı erməni əhalinin elektrik enerjisi və qaz təchizatının təminatının bərpası ilə bağlı razılığa gəlinib.
Qeyd edək ki, görüşlə bağlı Azərbaycanın hər hansı açıqlaması yoxdur.