Azərbaycan nümayəndə heyəti Dünya Konqresində iştirak edir (FOTO)

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Ümumdünya
Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES tərəfindən Dünya
Konqresi keçirilir.

“Davamlı dəyişən əmək bazarında məşğulluq xidmətlərinin
problemləri və innovativ yanaşmalar” mövzusunda keçirilən konqresdə
ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti təmsil
edir.

Hər 3 ildən bir fərqli üzv ölkədə keçirilən konqresdə WAPES-in
növbəti 3 il üçün idarə heyəti üzvləri, regionlar üzrə
vitse-prezidentlər və prezident müəyyənləşdiriləcək.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyətinin
“Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni
intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi”
mövzusunda üzv ölkələr üçün təqdimatı nəzərdə tutulub.

Konqres çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə
heyətinin sədri Mustafa Abbasbəyli və Estoniyanın İşsizlikdən
Sığorta Fondunun direktoru Milis Paavel iki qurum arasında 2022-ci
il üçün Fəaliyyət Planını imzalayıblar. Fəaliyyət Planı peşəyönümü
və özünüməşğulluq mövzuları üzrə informasiya mübadiləsini,
əməkdaşlığı və ortaq vörkşopların təşkilini əhatə edir.

Konqresin ilk günündə M.Abbasbəyli ilə Türkiye İş Kurumunun
direktoru Oğuz Kağan Güldoğan arasında keçirilən görüşdə iki qardaş
ölkənin məşğulluq sahəsində gələcək birgə fəaliyyətinə dair fikir
mübadiləsi aparılıb.

Teqlər: