Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi
Akademiyasının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik
konfrans keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, ölkəmizi bu konfransda Silahlı Qüvvələrin
Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın plenar iclasında general-leytenant H.Piriyev “İkinci
Qarabağ müharibəsi yeni nəsil müharibə kimi” mövzusunda məruzə ilə
çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bolqarıstanda keçirilən beynəlxalq konfransda Azərbaycan ilə
yanaşı, Polşa, İsveç, Şimali Makedoniya və Gürcüstandan olan
100-dən çox məruzəçinin də çıxışları dinlənilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin G.S.Rakovski
adına Hərbi Akademiyanın və V.Levski adına Milli Müdafiə
Universitetinin rəhbərləri, eləcə də Veliko Tarnovo şəhərinin meri
ilə görüşü keçirilib.