Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edəcək – Deputat

Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edəcək – Deputat

Fransanın AŞPA-ya təsir imkanları genişdir. Fransa senatının deputatları ermənilərə görə özlərini aşağılanmış hiss edir. Buna görə də, Azərbaycandan ermənilərin heyfini çıxırlar.

Bu sözləri AzerTimes-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib.

R.Musabəyov qeyd edib ki, Monitorinq Komitəsi ədalətsiz qərar qəbul edərsə, Azərbaycanın nümayəndə heyəti AŞPA-nı tərk edəcək.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.

Teqlər: