Cəmiyyətin hüquq yönümlü informasiya ilə təmin edilməsində media aparıcı rol oynayır.
Sosial media müasir cəmiyyətdə insanların daha çox maraq dairəsini və gündəlik informasiyaya tələbatını ödəmək baxımından vacib əhəmiyyət daşıyır. Sosial medianın cəmiyyətimizdə getdikcə artan aktual bir istiqamət olmasını nəzərə alaraq, Azərbaycan Notariat Palatası 18 may 2021-ci il tarixində özünün rəsmi facebook səhifəsini –“Azərbaycan Notariat Palatası” səhifəsini izləyicilərin istifadəsinə vermişdir.
Notariat Palatasının rəsmi facebook səhifəsində notariat fəaliyyəti ilə əlaqədar rəsmi xəbərlər, Notariat Palatasının fəaliyyət istiqamətinə uyğun gördüyü işlər və hüquqi maarifləndirmə xarakterli məlumatların verilməsi və paylaşımların edilməsi zərurəti nəzərə alınmışdır.
Məlumat üçün qeyd edirik ki, facebook sosial şəbəkəsinə həm də Notariat Palatasının rəsmi internet səhifəsi olan aznotary.az saytından keçid təmin edilmişdir.
İstifadəçilər Notariat Palatasının yeni yaradılmış səhifəsinə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: