Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Palata Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.
Əsas vəzifə öhdəlikləri:
- Notariat fəaliyyəti ilə bağlı yaranan hüquqi xarakterli məsələlərin, həmçinin vətəndaş müraciətlərinin araşdırılması, müvafiq izahlar və cavablar verilməsi;
- Notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə qanunvericilik təkliflərinin hazırlanmasında iştirak edilməsi;
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Palatanı təmsil etmək yolu ilə onun və üzvlərinin hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Dövlət qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılması, araşdırılıb nəticəsi barədə rəhbərliyə məruzə edilməsi, sənədləri hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Palatanın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə hüquqi sənədlərin, hazırlanması, təqdim edilmiş sənədlərin Palatanın və onun üzvlərinin hüquq və mənafelərinə uyğunluğu, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanılması;
- Palata tərəfindən hüquqi mövzularda təşkil edilmiş təlimlərin keçirilməsində iştirak edilməsi;
- Vəzifəsinə uyğun olaraq Palata rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək müqaviləsi əsasında fəaliyyətə cəlb olunma
- İş vaxtı: 09:00 – 18:00
- İş günü: Bazar ertəsi- Cümə
Namizəd üçün tələblər:
- Hüquq üzrə ali təhsil
- Ən azı 1 il iş təcrübəsi
- Ən azı bir xarici dil biliyi (rus, ingilis və alman dili bilən namizədlərə üstünlük veriləcəkdir)
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı
Şəxsi keyfiyyətlər:
- Hüquq sahəsində analitik təhlil etmə qabiliyyəti;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olması.
Məlumatlandırıcı qeydlər:
- CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya ilə maraqlanan namizədlərdən CV lərini [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “məsləhətçi” qeyd etmələri xahiş olunur.