Azərbaycan neftinin qiymətləri dəyişib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 74,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 72,38 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: