Azərbaycan neftinin qiyməti dəyişməyib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 87,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eyni olub.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə dəyişməz qalıb.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 82,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azalıb.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 84,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel azalıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: