Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 111,9
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,6
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 109,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 9,37 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
87,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,05
dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 112,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
9,72 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)