Azərbaycan neftinin qiyməti 98 dolları ötüb

Xəbər - Nəzrin İsrafilova – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 10-da 98,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 97,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: