Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 88,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 87,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 86,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)