Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 85,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 82,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)