Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 80,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 79,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)