Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 29-da 81,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,37 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,41 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 77,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)