Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 78,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 77,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 78,39 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)