Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 1-də 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 77,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)