Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Xəbər - Zeyni Cəfərov – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 75,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 73,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: