Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 9-da 73,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 71,39 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)