Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

Xəbər - Zeyni Cəfərov – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 72,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 70,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: