Azərbaycan neftinin qiyməti 70 dollara çatır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 5-də 69,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 70,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: