Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 28-də 67,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 67,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)