Xəbər - Zeyni Cəfərov, Orxan Nəbiyev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-də 66,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 66,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.