Azərbaycan neftinin qiyməti 6 dollardan çox artaraq 125 dollara çatıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 125,57
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,26
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 124,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 6,41 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,4
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,4
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 126,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,17
dollar/barel çoxdur.

Teqlər: