Azərbaycan neftinin qiyməti 58 dolları ötüb

Xəbər - Zeyni Cəfərov, Orxan Nəbiyev – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 58,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 57,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,81 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 57,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel çoxdur.

Teqlər: