Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 135,99
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 134,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 7,64 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
103,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,38
dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 137,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
7,59 dollar/barel çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)