Azərbaycan neftinin qiyməti 118 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 118.17
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07
dollar/barel çoxdur.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 116,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 2,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
90,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1
dollar/barel azdır.


Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 119,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
2,51 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: