CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 116,1 dollar/barel
təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,2 dollar/barel
çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 114,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 4,26 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
91,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,35
dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 117,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,38
dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)