CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 17-də 112,01
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,53
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 110,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 7,53 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
76,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,96
dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 113,71 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
7,23 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)