Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

Xəbər - Nəzrin İsrafilova – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 16-da 100,7
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,1
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 99,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 3,14 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
92,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,55
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 100,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,14
dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: