Xəbər - Orxan Nəbiyev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 22-də 100,68
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 99,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 1,34 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
90,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05
dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 100,34 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
1,36 dollar/barel çoxdur.