Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 99,7
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 98,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,95 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
91,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44
dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 99,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,88
dollar/barel çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)